# PAŞA Bank - Baş Auditor (Əməliyyat, komplayens və davamlı audit üzrə Ekspert M)

**Company:** [PASHA Holding](http://jobs.workable.com/companies/89pcHVtiru8BuKT9k8wNgo.md)
**Location:** Baku, Azerbaijan
**Workplace:** on site
**Employment type:** Full-time
**Department:** Group Audit

[Apply for this job](http://jobs.workable.com/view/4364ec04-e67a-410d-954d-ae46155369fd)

## Description

·       Təsdiq olunmuş İllik Audit Planına və Audit Komitəsinin tapşırığına əsasən həvalə edilmiş audit, sonrakı audit və xüsusi audit layihələrinin iştirak etmək;

·       Audit layihəsi üçün İş Proqramını müəyyən etmək;

·       Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, nəzarət və idarəetmə proseslərinin effektivliyini qiymətləndirmək;

·       Audit layihəsi zamanı çatışmazlıqların aşkar edilməsi üçün audit prosedurların həyata keçirilməsini təmin etmək;

·       Audit layihələri üzrə hesabatların düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlanmasına nəzarət etmək;

·       Audit layihəsi çərçivəsində onun rəhbərliyi altında olan əməkdaşların işinə nəzarət etmək;

·       Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün hazırlanmış tədbirlər planın icrasının monitorinqini keçirmək;

·       Daxili Audit Departamentinin fəaliyyəti ilə bağlı icmal hesabatların hazırlanmasında iştirak etmək;

·       Audit üzrə iş və vaxt bölgüsü hesabatının (Retain management) hazırlanmasında iştirak etmək;

·       Rəhbərlik etdiyi audit layihəsi çərçivəsində nəzarətində olan əməkdaşların işinin qiymətləndirilməsində iştirak etmək;

·       Nəzarətində olan əməkdaşlara təlim keçmək, məsləhətlər vermək;

·       Daxili Audit Departamentinin direktoru tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.

## Requirements

·       Ali təhsil;

·       Minimum 3 il audit təcrübəsi və ya bank sahəsində maliyyə, risklərin idarəedilməsi, daxili nəzarət, əməliyyat, kredit funksiyalarında 4 il iş təcrübəsi;

·       Audit prosedurları həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;

·       Bankçılıq sahəsini tənzimləyən qanunverici orqanın tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə biliklərin olması;

·       Analitik və hesabat yazma bacarığı;

·       Ünsiyyət qurma, idarəetmə və liderlik bacarığı;

·       Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları üzrə) ilə işləmək bacarığı (SQL biliklərinə üstünlük verilir);

·       Ezamiyyələrdə iştirak etmək imkanı;

·       Azərbaycan dilini mükəmməl və ingilis dilini işgüzar səviyyədə bilməli;

·       CIA/FRM/CFA/CRMA/CFSA/ACCA/CPA/CIMA üzrə peşəkar sertifikatlara malik olması və ya mərhələ keçməsi arzuolunandır;
